CMA arxitekturasına əsaslanan 4,83-metrlik Lynk & Co 07 sedanının Səma İmperatorluğundakı satışlarına start verilib. Mart ayında yeni sedanının 180 min yuandan (25 min dollar) başlayan qiymətlərlə satılacağı gözlənilsə də, indi model 6% daha ucuz təklif edilir: qiymətlər 170 min yuandan (23,5 min dollar) başlayır. Tam ötürmə təklif olunmur: sedan alternativsiz ön ötürməli hibriddir.

Lynk & Co 07 modelinin təqdimatı martın əvvəlində baş tutub, odur ki, məlum olmayanlar yalnız təchizat səviyyələri, qiymətlər və texniki hissə barədə təfərrüatlar idi. Lynk & Co 07  sedanının həqiqətən də Lynk & Co 08  baza krossoveri ilə unifikasiya edildiyi məlum olub: kapotun altında 218 at qüvvəli elektrik mühərriki ilə tandemdə çalışan 163 at qüvvəsi hasil edən 1,5-litrlik benzin turbomühərriki yerləşib. Elektrik mühərriki 19 kilovat-saatlıq dartma batareyasından qidalanır.

Hibrid sistemin ümumi hasilatı 381 at qüvvəsi və 615 Nm təşkil edir! Sedan benzin mühərrikini işə salınmadan 126 kilometr (CLTC) qət edə bilir, ümumi yürüş məsafəsi 1400 kilometr, yanacaq sərfiyyatı isə, 100 kilometrə 0,99-4,8 litr təşkil edir. Lynk & Co 07 modelinin 100 km/saata sürətlənməsi 6,5 saniyə çəkir, maksimal sürət 190 km/saatdır. Sedanın boş çəkisi 1915 kiloqramdır.

Baza opsiyaları siyahısına LED optika, qızdırılan və havalandırılan ön oturacaqlar, bir cüt ekranı olan rəqəmsal kokpit (10,2  + 15,4 düym), dairəvi müşahidə kameraları, adaptiv kruiz-kontrol, zolağa nəzarət və kor nöqtələrə nəzarət sistemləri daxildir. Əlavə ödəniş müqabilində Nappa dərisi ilə tərtibatı, arxa sərnişinlər üçün planşetləri, 23 dinamikli audiosistemi, proyeksiya displeyini, masaj və havalandırma funksiyası olan çoxkonturlu arxa oturacaqları sifariş etmək mümkündür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ən yüksək səviyyəli Lynk & Co 07 təxminən 190 min yuana (26,3 min dollar) başa gəlir, Çin dilerlərinə çatdırılmalara artıq başlanılıb. Bu model tezliklə Azərbaycan bazarında da satış debütü edə bilər. Xatırladaq ki, Lynk & Co brendi əsas üstünlüyü Avropa bazarına verir. 

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.