İsveçin Polestar şirkəti, sürətlə doldurulan batareya bazarının qabaqcıllarından biri olan StoreDot şirkəti ilə birlikdə hazırladıqları Extreme Fast Charging (XFC) layihəsini təqdim edib. Yeni layihə çərçivəsində, enerji ehtiyatını cəmi 10 dəqiqə ərzində 10-dan 80 faizə qədər doldurmağa imkan verən batareya və şarj elektronikası ilə təchiz edilmiş Polestar 5 prototipi hazırlanıb. Bu, laboratoriya şəraitində deyil, real avtomobillər üzərində aparılan ilk belə təcrübədir.

Bu, laboratoriya mühitində fərdi akkumulyatorlardan deyil, avtomobildə quraşdırılmış silikon batareyanı 10-dan 80 faizə qədər dolduran dünyanın ilk 10 dəqiqəlik supersürətli şarjıdır. Tutumu ən azı 100 kilovat-saata qədər artırıla bilən, xüsusi olaraq hazırlanmış 77 kilovat-saatlıq blok 10 dəqiqəyə orta ölçülü elektromobilin yürüş ehtiyatını 320 kilometr artıra bilir.

StoreDot şirkətinin inqilabi XFC texnologiyası müasir NMC hüceyrələri ilə eyni enerji sıxlığına malik olan silikon elementlərdən istifadə edir və avtomobildə xüsusi soyutma sistemlərinin quraşdırılmasını tələb etmir. Elektromobillər üçün nəzərdə tutulmuş müasir kommersiya batareyalarında yeyin doldurma sürətləri batareyanın vəziyyətindən (SOC) asılı olaraq ciddi şəkildə fərqlənə bilər. Bəzi hallarda sürət azalır.

Test zamanı Polestar, şarj sürətinin 10 faizliik SOC ilə 310 kilovatdan 80 faizlik SOC ilə 370 kilovatdan çox artdığını aşkar edib. Bu isə, yeni texnologiyanın şarj sürətində və ya batareyanın səmərəliliyində əhəmiyyətli dəyişikliklər olmadan sabit doldurma sürətini təmin etdiyini göstərir. Polestar şirkətinin baş direktoru Tomas İnqenlat innovativ batareyaların tezliklə seriya elektromobillərində quraşdırılacağını vəd edib, lakin tətbiq müddətini açılamayıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.