Bu həftə Toyota Corolla Cross modelinin Yaponiyada debüt etdiyi barədə xəbər vermişdik. Məlum məsələdir ki, krossoverin daxili bazrdakı debütü ilə birlikdə Modellista atelyesi yığcam model üçün nəzərdə tutulmuş tüninq dəstlərini də təqdim edib. Modellista atelyesi Corolla Cross üçün iki variantda tüninq dəsti hazırlayıb.

Modellista ilə yanaşı, Gazoo Racing bolməsi də yığcam krossoverin xüsusi GR Sport versiyasını hazırlayıb. Doğrudur,  “idman” versiyası hələlik yalnız Tayvan bazarında təklif olunur. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Beləliklə, Toyota Corolla Cross GR Sport versiyası adi krossoverdən ön bamperi, radiator barmaqlığı, yan tərəfdəki gümüşü işləmələr və işıq texnikasının tünd içalatı ilə fərqlənir.

Bundan başqa, GR Sport indeksli krossover 18-düymlük təkər disklərinə və qara rəngli dama da malikdir. Eyni rənglərdən salon tərtibatında da istifadə olunur. Əlbəttə ki, salonda GR emblemlərinə də rast gəlmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Texniki cəhətdən müəyyən dəyişikliklər var. Mühəndislər krossoverin idarəetmə xüsusiyyətlərini yaxşılaşdırmaq üçün, asqı və sükan mexanizmini yenidən tənizmləyiblər. Bununla belə, güc qurğusu dəyişilməz qalıb - Tayvanda Corolla Cross modeli 140 at qüvvəli 1,8-litrlik atmosfer mühərriki və 122 at qüvvəli hibrid güc qurğusu ilə təklif olunur.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.