Nürburqrinqin dillər əzbəri olan “Şimal ilgəyinin” adını eşitməyən yoxdur. Avtomobil həvəskarları arasında məşhur olan bu trek, həm də avtoistehsalçıların ən çox istifadə etdiyi test poliqonudur. Dünyanın əksər istehsalçıları yeni modellərini məhz bu trekdə sınayırlar. Toyota markası da istisna deyil…

Lakin, yapon istehsalçısı özünün “Nordşlyayfe”sini inşa etmək qərarına gəlib. Bu Aiti prefekturasında şirkətin mənzil-qərargahının yaxınlığında yerləşən yeni Tiyita Technical Center Shimoyama poliqonudur. Bu poliqonun ərazisi 650,8 hektar təşkil edir ki, bu ərzaidə avtomobillərin özünü aparamasını yoxlamaq üçün müxtəlif test meydançaları mövcuddur. Bu meydançaların arasında 75 metrlik hündürlük enişinə malik olan 5,3 kilometrlik trek də vardır. Trek “Şimal ilgəyinin” yerli relyefə uyğunlaşdırılımış kiçik surətidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

“İdarəetmə nöqteyi-nəzərindən mükəmməl avtomobillərin yaradılması üçün biz avtomobillərimizi dünyanın müxtəlif yerlərində və müxtəlif şəraitlərdə sınayırıq. Bunların arasında Five Continent Drive Project və “Nürburqrinqin 24 saatı” yarışında iştirak layihələrimiz də var. Əldə etdityimiz təcrübəni nəzərə alaraq, test poliqonumuzda yeni avtomobilləri sınaqdan keçirdiyimiz müxtəlif yolların bənzərini yaratmışıq”, - Toyota konsernin prezidenti Akio Toyoda bildirib.

Toyota Technical Center Shimoyama kompeksinin 2023-cü ildə tam işə düşəcəyi gözlənilir.