Türkiyəli dizayner Mehmet Doruk Erdem BMW motosiklinin bazasında hazırladığı Titan konseptini nümayiş etdirmişdir. Layihənin müəllifinin sözlərincə, o alman istehsalçısının motosikllərinin gələcəyini məhz belə görür. Qeyd etmək lazımdır ki, türk dizaynerin portfoliosunda onlarla belə konseptlər mövcuddur. Lakin ekspertlərin fikrincə, məhz bu konsept diqqətə layiqdir.

Böyük ehtimalla Titan konseptindən hər hansı bir filmin çəklişində və ya mülki məqsədlərlə istifadə ediləcəkdir. Bununla belə, onun seriyaya getməsi barədə düşünmək belə çətindir. Erdemin bildirdiyinə görə, o bu konsepti hazırlayan zamanı ilhamı dənizin dərinliklərindən almışdır. O, akulanın anatomiyasına bənzər quruluşu olan motosikl yaratmaq qərarına gəlmişdir.  Beləliklə, dizayner bu formalar sayəsində qarşıdan gələn hava axınına olan müqaviməti azaltmağı təklif edir.

Təsvirlərdən də göründüyü kimi, baykın burun hissəsi arxa hissəsindən hiss ediləcək dərəcədə iridir. Bundan başqa, dizaynerin fikrinə görə, ön təkər hava axınını yönləndirə biləcək spoylerlə örtülməlidir. Eyni zamanda, tərkibinə elektronika və cihazlar panelinin də daxil olduğu vacib qurğular motosiklin mərkəzi hissəsində yerləşdirilmişdir. Burada erqonomik oturacaq da mövcuddur. Mehmet Doruk Erdem onun motosiklinin mövcud olan bütün rekordları qırmaq imkanının olduğunu iddia edir.