Gooding & Company onlayn hərracında 1955-ci ilin unikal Ferrari 250 Europa GT kupesi satışa çıxarılacaqdır. Odometrində 33.500 kilometr göstərici olan nadir idman avtomobilinin satışından 2,5 milyon dollar vəsait əldə etmək planlaşdırılır.

250 Europa GT berlinettası Gran Turismo emblemini alan ilk Ferrari olub. İki qapılı idman avtomobilinin dizaynı üzərində Covanni Battista Farina işləyib. Ümumilikdə, İtalyan firması, ilk dəfə 220 at qüvvəli 3,0-litrlik Colombo V12 mühərriki ilə təchiz edilən 40-dan çox minik avtomobilini inşa edib. Mühərrik dörd pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilirdi. İdman kupesi 100 km/saat həddini yeddi saniyəyə toplayırdı. Modelin maksimal sürəti 230 km/saat idi.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Satışa çıxarılan idman avtomobili tutqun qara kuzovun və qəhvəyi dəri salonun nadir birləşməsini alıb. Bundan əlavə, müştərinin istəyi ilə Ferrari sportkarını cihazlar panelinin fərdi konfiqurasiyası ilə təchiz ediliblər. Keçən əsrin 60-cı illərinin ortalarında unikal Ferrari sportkarını təhvil alan sahibi onu qaraja qoyub və bir daha sportkardan istifadə etməyib. Uzun müddətli dayanma səbəbindən avtomobilin kuzovu bəzi yerlərdə pasla örtülüb və interyeri isə qismən bərpanı tələb tələb edir.

Unikal Ferrari 250 Europa GT modeli heç vaxt bərpa olunmayıb və tarixində ilk dəfə olaraq 2021-ci ilin may ayında hərraca çıxarılacaqdır.