Ford Bronco modelinin təqdimatı günü nümayiş etdirilən V8 mühərriki ilə təchiz olunmuş Jeep Wrangler Rubicon 392 konseptual ofrouderinin gələn il seriya istehsalına başlanacaqdır.

Ford şirkəti hələlik köhnə, lakin özünü yaxşı tərəfdən göstərmiş çoxlitrlik v8 mühərrikini yeni nəsil Bronco modelinə quraşdırmaqda tərəddüd edərkən, Jeep rəhbərliyi əksinə V8 mühərriki ilə təchiz edilən Wrangler modelinin buraxılacağını təsdiqləyib. Yenidən canlandırılan rəqibinintəqdimatıı günü göstərilmiş Rubicon 392 adlı konsepst gələn il seriya modelinə çevriləcəkdir. Bu barədə Jeep şirkəti rəsmi sosial media hesablarında dərc etdiyi videoçarxda bildirib. Bu çarxda toz buludu arasında şütüyən Wrangler modeli nümayiş etdirilir və "bəzi konseptlər o qədər güclüdür ki, reallığa çevrilirlər" sözləri ilə müşayət olunur.

Xatırladaq ki, Jeep Wrangler Rubicon 392 Concept prototipinin kapotunun altında 456 at qüvvəsi və 610 Nm fırlanma anı hasil edən 6,4-litrlik Hemi V8 mühərriki yerləşir. Güc aqreqatı 8-pilləli "avtomat" ilə tandemdə çalışır. Ofrouder 60 mil/saat (97 km/saat) həddinə beş saniyədən az müddətə sürətlənir. Jeep Wrangler Rubicon 329 Concept modeli ramaya, iki pilləli paylaşdırıcı qutuya, qoşulan tam ötürmə sisteminə, Dana 44 körpülərinə, kilidlənən differensiallara, həmçinin xarici diametri 37 düym olan palçıq şinlərinə, 50 millimetr artırılmış klirensə malikdir.

Bununla birlikdə, iri səkkizsilindrli aqreqatı mühərrik bölməsində yerləşdirmək üçün mühəndislər asqı elementlərini, mühərrik dayaqlarını və hətta ramanı modifikasiya etməli olublar. Prototipin yaradıcılarının qürur mənbəyinə çevrilmiş daha bir yenilik, səsboğucu sistemin səsini tənzimləməyə imkan verən idarəetmə pultudur. Bu pult vasitəsi ilə buraxılış sisteminin iki rejimindən birini seçmək olar.