Avtosikllərin istehsalçısı olan Vanderhall şirkəti Carmel adlı yeni modeli təqdim edib. Trisikl Vanderhall model xəttində olan ən tahat, güclü və bahalı modeldir. Onun qiyməti 39950 dollar təşkil edir. Trisiklin satışlarına gələn il başlanacaqdır.
Vanderhall Carmel Venice modelinin alüminium monokokunda inşa edilibdir. Trisiklin kuzov panelləri də Venice modelindən götürülüb. Carmel modeli 203 at qüvvəsi və 275 Nm fırlanma anı hasil edən 1,5-litrlik turbomühərrik ilə hərəkətə gəlir. Güc aqreqatı altı pilləli avtomatik qutu ilə tandemdə çalışır. Carmel yerindən 60 mil/saat (96 km/saat) həddinə 4,5 saniyəyə sürətlənir. Onun maksimal sürəti 222 km/saat təşkil edir.
Modelin standart təchizatına soba, hərəkətin əksinə açılan qapılar, qızdırılan oturacaqlar, Bluetooth sistemi olan audiosistem, işıqdiodlarından fənərələr, dördporşenli supportları olan əyləc sistemi, sükanın elektrik gücləndiricisi, trekşn-kontrol və 19-düymlük təkər diskləri daxildir.
Vanderhall şirkətinin əlçatan modeli 26950 dollara satılan Venice Speedster modelidir. Trisikl 182 at qüvvəsi və 251 Nm fırlanma anı hasil edən 1,4-litrlik mühərrik ilə təchiz edilir.
Mənbə: Carscoops