Təkərli evlərin istehsalı üzrə ixtisaslaşmış alman Volkner şirkəti Düsseldorfda keçirilən Caravan Salon sərgisində ən son yeniliyini - 12 metrlik dəbdəbəli mobil evini təqdim edib. Təkərli evin ən maraqlı xüsusiyyəti avtomobil daşımaq üçün nəzərdə tutulmuş məkandır. Qarajdan əlavə, dəbdəbəli kemper Volvo və Mercedes-Benz dizelləri, dəbdəbəli interyeri və damında quraşdırılmış günəş panelləri ilə də öyünə bilər.

Mobil Performance S modelinin kuzovu istənilən rəngə boyana bilər. Kemperin yaradıcıları, 12-metrlik avtomobilin damında 2000 vat gücündə altı günəş paneli yerləşdiriblər. Bu panellərin hasil etdiyi enerji, kemperin elektrik cihazlarının qidalanmasına sərf edilir. Kemper 460 at qüvvəli Volvo dizel mühərriki və ya 430 at qüvvəsi hasil edən Mercedes-Benz aqreqatı ilə hərəkətə gəlir. Güc qurğuları avtomatik transmissiya ilə tandemdə çalışırlar.

Mühəndislər, mobil evin əsl dəri və ağac ilə tərtib edilmiş salonunda əl-üz yuyan, soba, qabyuyan maşın, mikrodalğalı soba və yemək masası olan tam ölçülü mətbəx sahəsi quraşdırıblar. Bundan əlavə, kemperi duşu olan böyük vanna otağı, bir neçə yataq otağı, habelə istilik sistemi, şərab dolabı və hətta 300.000 avro dəyərində premium Burmester audio sistemi ilə təchiz ediblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ancaq Volkner Mobil Performance S kemperinin əsas xüsusiyyəti, oxların arasında yerləşən çıxan qaraj-platformadır. Burada, məsələn, Bugatti Chiron hiperkarını yerləşdirmək olar. Gizli qarajı bir düyməyə basmaqla aktivləşdirmək olar. Alman mühəndisləri, yeni əsərlərini 2.035.000 avroya qiymətləndiriblər

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.