Avstraliyanın Walkinshaw Performance şirkəti Amarok pikapının yeni brutal versiyasını hazırlayır. W580X indeksli pikap keçən il təqdim edilən "bərkgedən" Amarok W580 modelinin “off-road” versiyası olacaqdır. X indeksini almış Amarok W580 modeli 2022-ci ilin aprelində satışa çıxarılacaqdır.

Walkinshaw Performance şirkətinin hazırladığı Volkswagen Amarok W580X modeli "adi" W580 pikapı ilə eyni kapotun müdafiəsini, əyintili üfüqi xətləri olan radiator barmaqlığını və ön bamperdəki örtməni əldə edib.

Bununla birlikdə, yeni pikapı tanımaq o qədər də çətin deyil: pikap Seikel firmasının istehsalı olan altlığın əlavə müdafiəsinə, kandarların qorunmasına və ön bamperdəki LED "çilçırağı" alıb. 18-düymlük təkər diskləri ofroud şinləri ilə təchiz ediliblər. Bundan əlavə, modelin şassi təkmilləşdirilib və klirensi artırılıb. Əlavə ödəniş qarşılığında isə, şnorkeli quraşdırmaq təklif olunur.

Salonda rezin xalçalar, Walkinshaw loqosu olan velür ilə üzlənmiş oturacaqlar və ötürmələr qutusunun sükanaltı dəstəkləri olan çoxfunksiyalı sükan çarxı var. Yolsuzluq pikapının avadanlıq siyahısına diod "duman işıqları", ikizonalı iqlimə nəzarət sistemi və şinlərin təzyiqinə nəzarət sistemi daxil edilib.

Texniki hissəyə gəldikdə isə, burada heç bir dəyişiklik yoxdur. Amarok W580X pikapı 258 at qüvvəsi və 580 Nm fırlanma anı hasil edən 3,0-litrlik altısilindrli turbodizel ilə təchiz edilir. Güc aqreqatı səkkiz pilləli “avtomat” ilə birlikdə çalışır. Ötürmə - tamdır.

Brutal pikap yalnız Avstraliya bazarında satılacaqdır. Onun əsas rəqibləri Ford Ranger Raptor X, Nissan Navara PRO-4X Warrior və Toyota Hilux Rugged X modelləri olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Məlum olduğu kimi, Volkswagen şirkəti gələn il, texniki cəhətdən Ford Ranger ilə unifikasiya olunmuş ikinci nəsil Amarok pikapını təqdim etməyə hazırlaşır. 

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.