Volkswagen şirkəti I.D. ailəsindən olan yeni krossoverin ilk təsvirlərini yayıb. Vizzion adlandırılmış konseptin kütləvi təqdimat mərasimi gələn ayın əvvəllərində işinə başlayacaq Cenevrə avtosalonunda keçiriləcəkdir.

Yeni konsept 306 at qüvvəli elektrik mühərriki və litium-ion batareyaları dəsti ilə təchiz edilmiş 5,1 metrlik sedandır. Prototip 180 km/saat həddinə kimi sürətlənə və 665 kilometr məsafə qət etmək iqtidarındadır.

Konseptin dizaynı alman markasının gələcək elektromobilləri haqqında təsəvvür yaratmalıdır. Prototip dörd yerlik salona və gərək olan marşrutu tərtib edərək avtomobil axınında müstəqil şəkildə hərəkət etmək imkanı olan avtonom sistem, həmçinin səs və əl hərəkətlərini anlayan virtual yardımçıya sahibdir.

Bu günə Volkswagen şirkəti bu markanın gələcək seriya avtomobilləri haqqında təsəvvür yaradan üç konsepti təqdim edib. Bunlar  I.D. hetçbeki, I.D.Crozz krossoveri və I.D.Buzz minivenidir. Bu avtomobillərdən birincisi 2020-ci ildə konveyer həyatına başlamalıdır.  2025-ci ilə Volkswagen 20 elektromobil buraxmalıdır.

Image alt Image alt Image alt