2022-ci ilin yazında Volkswagen şirkəti ID Buzz elektrik miniveninin seriya versiyasını təqdim edib. 2017-ci ilin eyniadlı konseptinə əsaslanan Volkswagen ID. Buzz modeli bazara standart və uzun təkər bazası, 5 və 7 yerlik interyeri olan sərnişin, həmçinin Cargo yük versiyasında çıxacaqdır. Bununla belə, ID. Buzz model xəttində elektrik pikapına da yer tapıla bilər. Xatırladaq ki, daxili yanma mühərrikli klassik Type 2 modeli belə bir versiyada təklif olunurdu.

Volkswagen Group’un dizayn şöbəsinin rəhbəri Klaus Ziziora Ümumdünya dizayn gününün bayram edilməsi çərçivəsində sosial şəbəkəsində ID.Buzz modelinə əsaslanan pikapın eskizini yerləşdirib və onu belə bir sual ilə müşayət edib: "Növbəti mərhələni başa çatdıraqmı?".

Dizayner modelə kifayət qədər maraq olarsa, o zaman elektrik pikapı seriyaya gedə biləcəyini qeyd edib. Pikap layihəsi standart təkər bazasına malik olan furqonun əsasında yaradııb. Qapalı kuzov, daxilomanı asanlaşdırmaq üçün arxa qanadında pilləsi olan yük meydançası, şaquli işıqlar isə nazik LED zolaqları ilə əvəz olunub.

Modelin kabinəsi iki cərgəlidir, lakin sürüşərək açılan arxa qapıları taybatay açılanlar əvəzləyib. Volkswagen ID. Buzz pikapının debüt tarixi barədə heç bir məlumat yoxdur, lakin 2025-ci ildən sonra elektrik miniveninə əsaslanan Volkswagen ID.California kemperinin bazara çıxacağı dəqiq məlumdur.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.