Volkswagen şirkəti modl xəttində ən kiçik ölçülərə malik olacaq T-Cross modelinin yeni tizerlərini dərc edib. Bu dəfə, alman istehsalçısı modelin interyeri haqqında təsəvvür yaradacaq eskizləri nümayiş etdirib.

Volkswagen T-Cross modeli MQB modul platformasında inşa ediləcəkdir. Bu platformadan yeni nəsil Polo hetçbekinin istehsalında istifadə olunur. Yeni krossover Tiguan modelindən 38 millimetr qısa, onun təkər bazasının uzunluğu isə 27 millimetr kiçik olacaqdır. T-Cross hərəkət edən ikinci cərgənin oturacaqlarına malik olacaqdır ki, bu da baqajın həcmini artırmaq üçün oturacaqları 15 santimetr önə çəkməyə imkan verəcəkdir. Yük bölümünün həcmi 455 litr təşkil edəcəkdir. Arxa cərgənin qatlanması halında bu rəqəm 1281 litrə bərabər olacaqdır.

Avtomobilin mühərrik çeşidinə 95 və 115 at qüvvəli 1,0-litrlik üç silindrli , 150 at qüvvəli 1,5-litrlik dörd silindrli benzin aqreqatları, həmçinin 95 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən 1,6-litrlik dizel mühərriki daxil olacaqdır.

T-Cross modelinin təchizatına virtual cihazlar paneli, smartfonların induksion doldurulması sistemi, Beats səs sistemi və 18-düymlük təkər diskləri daxil ediləcəkdir.  Volkswagen T-Cross modeli payızda keçiriləcək Paris avtosalonunda təqdim ediləcəkdir.

Image alt Image alt Image alt Image alt