Touareg modeli özünün 20 illik yubileyini qeyd edir: Volkswagen markasının ilk seriya krossoveri ilk dəfə 2002-ci ilin yayında konveyerdən çıxıb. Avtomobil Porsche ilə əməkdaşlıqda hazırlanmışdı və Cayenne onun ən yaxın qohumu idi: hər iki avtomobil PL71 platformasında inşa edilmişdi, eyni kuzova və güc aqreqatlarına malik idilər.

Üstəlik, birinci nəsil Touareg alçaldıcı ötürməsi və diferensial kilidi olan tamdəyərli ofrouder idi. 2010-cu ildə təqdim edilən ikinci nəsil Tuareg modelində belə bir ötürmə opsiyaya çevrildi, üçüncü nəsil Touareg modeli isə, 2018-ci ildə bütün “ofroud” atributlarını itirdi.

Bu günə qədər bir milyondan çox Tuareg modeli buraxılıb və onların hamısı Slovakiyadakı Volkswagen zavodunda istehsal olunub. Digər meydançalardakı SKD yığılmasında istifadə olunan avtomobil dəstləri də Slovakiyadakı müəssisədə formalaşdırılıb.

Modelin 20 illik yubileyi şərəfinə Volkswagen Touareg Edition 20 adlı xüsusi nəşr təqdim olunub. Bununla belə, xüsusi nəşrin standart avtomobillərdən fərqi o qədər də çox deyil. Yubiley modeli zəngin təchizata, kuzovun tünd göy rənginə, orijinal 20 düymlük təkər disklərinə, tündləşdirilmiş arxa şüşələrə və arxa qapı şüşələrinin çərçivəsindəki xüsusi nişanlara malikdir. 

Salonda  dəri üzlüyü, “avtomatın” selektorundakı basmanaxışlı loqonu, yeni kandar lövhələrini, habelə ön paneldə və qapılardakı yüngül qırmızı dekoru görmək olar.

Yubiley seriyasından olan Touareg Edition 20 modeli müxtəlif güc aqreqatları ilə təklif edilir: 3.0 TDI turbodizeli (231 və ya 286 at qüvvəli), 3.0 TSI benzin turbomühərriki (340 at qüvvəli), habelə tərkibinə eyni benzin aqreqatı və elektrik mühərriki daxil olan hibrid aqreqatı (381 at qüvvəsi) var. Bütün variantlar səkkiz pilləli “avtomat” və tam ötürmə sistemi ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Volkswagen Touareg Edition 20 modelinin Avropa bazarındakı satışlarına iyunun ortalarında başlanacaqdır. Almaniyada ofroudeirn qiyməti 77 500 avrodan başlayır. Xatırladaq ki, baza krossoverinin başlanğıc qiyməti 66 900 avrodur.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.