Volkswagen şirkəti Avropa və Afrikada satılacaq Taigo krossoverini təqdim edib. Yeni krossoverin istehsalı İspaniyanın Pamplona şəhəridəki zavodda təşkil ediləcəkdir. İlin sonunda konveyerə çıxacaq modelin satışlarına 2022-ci ildə başlanmalıdır. Taigo modelinin 28 ölkədə satılması planlaşdırılır. Təəssüflər olsun ki, bu ölkələrin siyahısında Azərbaycanın adı yoxdur.

Volkswagen Taigo mühərrik çeşidini yeni Skoda Fabia modelindən, interyerini isə Polo hetçbekindən götürüb və kupeşəkilli kuzova sahib olub. Volkswagen şirkəti Taigo modelinin Avropa bazarında yığcam və sərfəli krossoverlər seqmentindəлш ilk kross-kupe olduğunu iddia edir. Yeni modelinin qiymətinin 20 min avronu keçməyəcəyi gözlənilir.

Volkswagen Taigo R-Line

Taigo modeli Latın Amerikasında satılan Nivus krossoverinin bənzəridir. Bununla belə, alman şirkətinin stilistləri avtomobilin dizaynında müəyyən dəyişiklik edərək, onu avropalı alıcıların zövqünə uyğunlaşdırmağa çalışıblar.

Bunlara misal kimi, arxa fənərlərin tərtibatını,yeni diffuzoru və kuzov rənginə boyanmış bamperləri göstərmək olar. Yeni krossover Volkswagen markasının model cərgəsində, ölçülərinə görə ondan çox da kiçik olmayan T-Roc və T-Cross modellərindən bir pillə yuxarıda qərarlaşacaqdır.

Volkswagen Taigo R-Line

Taigo modeli də Nivus krossoveri kimi MQB-A0 platformasına əsaslanır. Avropa bazarında satılacaq krossoverin mühərrik çeşidinə 1.0 TSI (95 və ya 110 at qüvvəsi) və 1.5 TSI (150 at qüvvəsi) turbomühərrikləri daxil olacaqdır.

Alıcılara seçim olaraq üç ötürmələr qutusu təklif ediləcəkdir: beş və ya altı pilləli mexaniki transmissiya və yeddi pilləli "robot".  Ötürmə, məlum məsələdir ki, yalnız ön oxadır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Taigon modelinin interyeri demək olar ki, Avropada satılan Polo modelindən götürülüb. Krossover  təchizat səviyyəsindən asılı olaraq 8,0 və ya 10.25 düymlük virtual cihazlar paneli (firma Digital Cockpit paneli), multimedia sisteminin 6,5 və 9,2 düymlük sensorlu ekranı, klimat-kontrol və 210 km/saat həddinə qədər sürətlərdə işləyən IQ.Drive Travel Assist yarı avtopilotu ilə təchiz ediləcəkdir. Nivus modelindən fərqli olaraq, Taigo modelini əlavə ödəniş qarşılığında IQ.Light matrisa fənərləri ilə də sifariş etmək olar. Disklərin ölçüsü 16 ilə 18 düym arasındadır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.