Volkswagen şirkəti Tiguan krossoveri üçün yeni staylinq dəstini təqdim edib. Black Style R-Line adlandırılan dəst orta və top təchizat səviyyəsinə malik olan krossoverlər üçün təklif olunur.

Bu dəsti Comfort və Highline təchizat səviyyəsinə malik olan Tiguan modellərinin sahibləri sifariş edə bilərlər. Almaniyada dəstin qiyməti 3365 avro təşkil edir. Onun tərkibinə qara relinqlər, radiator barmaqlığının köndələn dekorativ əlavələri, yan güzgülərin gövdələri, R-Line üslubunda bamperlər, qapı moldinqləri, təkər tağlarının genişləndiriciləri, tündləşdirilmiş arxa şüşələr, dəri ilə üzlənmiş multifunksional sükan çarxı və 19-düymlük Sebring təkər diskləri daxildir.

Alternativ olaraq, avtomobil sahibləri qara rəngli 20-düymlük təkər disklərini də seçə bilərlər. VW Tiguan Black Style R-Line modeli üçün dörd kuzov rəngi təklif edilir: Mother-of-Pearl-effect Onyx White, Pure White, Indium Grey Metallic və Pearl-Effect Deep Black. Avropada yeni dəsti sifariş etmək artıq mümkündür.