Volkswagen şirkəti Avropa İttifaqının yeni WLTP standartlarına keçməsinən ən çox əziyyət çəkən şirkətlərdən biridir. Bir sıra modifikasiyaların vaxtında sertifikatlaşdırmadan keçməməsi, alman istehsalçısını model çeşidini ixtisara salmağa məcbur edib. Zərə çəkən modellərin arasında Avropada populyar olan Tiguan modeli də vardır.

Bu günlərdə alman istehsalçısı Tiguan modelini Euro 6d-TEMP ekoloji normalara cavab verən yeni mühərriki çeşidi ilə təchiz etdiyi açıqlayıb. Beləliklə, 1,4-litrlik turbomotor yerini 1,5-litrlik TSI Evo mühərrikinə verib. Yeni mühərrik iki güc variantında - 130 və 150 at qüvvəsi ilə təklif edilir. Hər iki mühərrik öndən çəkişlə birlikdə təklif edilir. Yeddi pilləli DSG «robotu» isə, yalnız krossoverin 150 at qüvvəli modifikasiyası üçün sifariş etmək olar.

Yeni ekoloji normalara uyğunlaşdırılmış 2,0-litrlik mühərrik əvvəlkindən daha güclü olub: mühərrikin başlanğıc variantının gücü 180-dən 190 at qüvvəsinə, top variantın isə, 220-dən 230 at qüvvəsinə qədər artırılıb. Bu mühərriklər yalnız tam çəkiş sistemi və DSG «robotu» ilə tandemdə çalışırlar. 

Tiguan modelini mühərrik çeşidində 2,0-litrlik TDI mühərriki də qalıb: indi bu turbodizel ancaq 150 və 190 at qüvvəsində təklif edilir. Dizelin 115 at qüvvəli variantı mühərrik çeşidindən tamamilə çıxarılsa da, lakin, mühərrikin yeni ekoloji normalara cavab verən iki turbokompressorlu və 240 at qüvvəli variantı hələlik çeşidə daxil edilməyib.

Yeni mühərrikli Volkswagen Tiguan modelləri Avropa bazarında tədricən təklif edilməyə başlayacaqdır. Məsələn, ilkin olaraq Almaniyada krossover 150 at qüvvəli 1,5 TSI və 2,0 TDI mühərrikləri ilə təklif ediləcəkdir.