Volkswagen şirkətinin idarə heyətinin üzvü Yurgen Ştakmann alman markasının yeni I.D. xəttinin ilk modeli olacaq elektrokar barədə məlumat verib. Yeni hetçbekə sifarişlər gələn ilin yazından başlayaraq qəbul ediləcəkdir. Elektrokarın qiyməti indiki dizel mühərrikli Golf modelinin qiymətinə bənzər olacaqdır.

Ştakmann Twitter social şəbəkəsində dərc etdiyi tvitlərində müştərilərin xoşlarına gələn avtomobili istehsalçının saytında seçə biləcəyini yazıb. Bunun üçün modeli, onun rəngini və gərək olan opsiyalar paketini göstərmək kifayətdir. Bu o deməkdir ki, sifariş proseduru Tesla modellərinin alışına bənzəyəcəkdir. Volkswagen elektromobilləri də Tesla elektrokarları kimi proqram təminatını internet vasitəsi ilə yeniləyəcəkdirlər.

Volkswagen I.D. hetçbekini 48-111 kilovat-saat diapazonunda tutuma malik olan batareyalarla təchiz edəcəkdirlər. WLTP dövrünə əsasən elektrokarın maksimal yürüş ehtiyatı 550 kilometr, qiyməti isə 24 min avro olacaqdır. 2020-ci ildə alman istehsalçısı 150 min elektrokar satmağı planlaşdırır. Həmin ilə elektrokarların istehsal həcmi 550 min ədədə yaxınlaşmalıdır. İstehsalatın yenilənməsinə altı milyard avro sərmayə qoyulacaqdır.