Keçən ili uğursuzluqla başa vurmuş Williams komandası da yeni bolidini təqdim edib. Qrouv komandasının yeni mövsümdə nə qədər uğurlu olacağı hələ də sual altındadır. Məlumdur ki, Fren Uilyamsın komandası son illərdə ciddi şəkildə zəifləyib. Komandanın həm mühəndis ştatı, həm də maliyyə durumu ciddi itkilərlə üzləşib. Odur ki, vaxtı ilə çempionluq titulu uğrunda mübarizə aparan komandadan əsər-əlamət qalmayıb.

Bir çox sponsorların komandanı tərk etməsinə baxmayaraq, titul sponsoru olan ROKit şirkəti Fren Uilyamsın komandasını dəstəkləməyə davam edir. Komandanın yeni pilotu Nikolas Lətifinin atası Maykl Lətifiyə məxsus olan Sofina Foods şirkəti isə əksinə dəstəyini genişləndirib. Bundan başqa, Lavazza və Crew Clothing Company ilə müqavilələr imzalanıb.

Image alt Image alt Image alt Image alt

17 fevral tarixində Williams komandası avtomobilin təqdimatını sayta şəkilləri və rəhbərliyin şərhlərini dərc etməklə keçirib. Bundan sonra, Barselonada yeni avtomobilin sınaqları keçirilib – FW43 boldini trekə çıxaran ilk pilot Corc Rassel olub. Yeni bolid, keçən ilki FW42-nin təkmilləşdirilmiş variantıdır.