Citroen komandasının başçısı İv Matton beşqat dünya çempionu Sebastyen Ojye ilə danışıqların uğursuzluqla başa çatdığını bildirib.

Payızın başlanğıcında fransız pilotun, Dünya ralli çempionatında karyerasına başladığı «İkiqat şevronların» tərkibinə qayıdacağı barədə söz-söhbətlər gəzirdi. Lakin, sonuncu Avstraliya Rallisinin gedişatı zamanı, Ojye fransız komandasına danışıqların bitdiyini və çempionatda qalarsa, yalnız M-Sport komandasında çıxış edəcəyini bildirib. «Biz ona əlverişli təklif edə bilmədik, - Autosport İv Mattondab sitat gətirib. - Citroen öz şərtlərini irəli sürmüşdü, lakin bu şərtlər onun tələblərinə cavab vermirdi».