Hyundai komandasının belçikalı pilotu Tyerri Nevil 2017-ci ilin sonuncu yarışı olan Avstraliya Rallisində qalib gəlib.

Tyerri Nevil yarışın sonuncu gününə Yari-Matti Latvala üzərində 20 saniyəlik üstünlüklə başlayıb. İki xüsusi hissədə Yari-Matti bu fərqi beş saniyə azaltmağa müvəffəq olub. Üstəlik, yağan yağışın yolu yüməsi səbəbindən sondan əvvəlki mərhələ  ləğv edilib. Eyni zamanda, Yari-Matti Latvala Power Stage hissəsindəki uzun sol döngəni daxili radiusla keçərkən idarəetməni itirib və ağaca çırpılıb. Tyerri isə, məcara yaşamadan yarışı başa çatdıraraq Avstraliya Rallisinin qalibi olub.

Finişdə belçikalı ikinci yerin sahibi Ott Tyanakı 22,5 saniyə üstələyib. Latvalanın qəzası Hyundai komandasının pilotu Heyden Paddona podiuma çıxmasına şərait yaradıb.  

«Çox çətin yarışdı, - Tyerri Nevil WRC.com saytının yağışda yarışmağın nə qədər çətin olması barədə sualına belə cavab verib. - Mən var gücümlə avtomobili yolda saxlamağa çalışırdım. Buna baxmayaraq bir neçə dəfə yoldan çıxmağa yaxındım.

Bilirdim ki, daha yeyin gedə bilərəm, buna baxmayaraq, ağılla hərəkət etməyə çalışırdım.

Çünki belə şəraitdə yolla təması və avtomobilin üzərindəki nəzarəti itirmək çox asandır».

Beşqat dünya çempionu Sebastyen Ojye liderdən iki dəqiqə geridə qalaraq, yarışı dördüncü olaraq bitirib. Onun komanda yoldaşı Elfin Evans beşinci olub. İlk onluğun ikinci beşliyini Espekka Lappi, Kris Mik, Neytan Kuinn, Riçi Dalton və Din Hərric təşkil edib. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt