Ott Tyanak M-Sport komandasını tərk edərək Toyota kollektivinə qatılmasının səbəbləri haqqında danışıb.

Keçən mövsüm eston pilotun karyerasında olan ən uğurlu mövsümlərdən olub. Ott İtaliya və Almaniyada qalib gələrək 2017-ci il mövsümünü üçüncü olaraq tamamlayıb. Buna baxmayaraq final mərhələsinə qədər Tyanak Toyota komandasına keçməyə qərar verib.

«Mənim üçün çempionluq uğrunda mübarizə aparmaq imkanını əldə etmək vacib idi, - Motorsport-Total nəşri Tyanakın sözlərini dərc edib. - Biz keçən mövsümdə Ojye ilə birlikdə yaxşı işlədik və ən güclü pilotlar cütlüyü olduq. Lakin, komandanın maliyyə imkanları məhdud idi və hərdən yenilənmiş avtomobili gec alırdım. Mən ikinci nömrə idim və gələckdə heç nəyin dəyişməyəcəyini anlayırdım.

Bununla bərabər, Toyota qayıtdıqdan sonra ilk mövsümünü əla keçirdi və çox şeyi əldə etməyə qadirdir».