Qüvvədə olan dünya çempionu Sebastyen Ojye, dördüncü gün axşam başlanmış Monte-Karlo Rallisinin ilk iki xüsusi hissəsində ən yeyin pilot olub.

Fransız pilot, digər pilotlara nisbətən alaqaranlığa daha tez uyğunlaşaraq, buzla örtülmüş asfalt xüsusi hissələrində daha yaxşı çıxış edib. Hətta, yerində dönməyə yol verdiyinə baxmayaraq, ən yaxın rəqibi Andreas Mikkelseni (Hyundai) 17 saniyə üstələyib. «Biz buzlu birinci xüsusi hissələrdə pronlemlərlə üzləşəcəyimizi bilirdik, - Ojye başlanğıc dopunda baş vermiş təhlükəli anı şəhr edib. - Döngədən öncə 10 km/saat sürətində sürüşsəmdə, xoşbəxtlikdən yolda qalmağa müvəffəq oldum».

Mikkelsenin komanda yoldaşı Dani Sordo ilk üçlüyü tamamlayaraq, ən sürətli Toyota pilotu Esapekka Lappidən 11 saniyə yeyin olub. Lappinin ardınca onun komanda yoldaşları Ott Tyanak və Yari Matti Latvala finiş görüb.

Şeykdaunun lideri Tyerri Nyovill birinci xüsusi hissədəki uğursuzluğundan sonra 17-ci yerdədir. O, Ojyedən 4 dəqiqə geridədir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt