Atalar demişkən, «sən saydığını say, gör fələk nə sayır». Dünən Avstraliya Rallisinə Andreas Mikkelsen liderlik edirdisə, bu gün liderlik mövqeyində onun komanda yoldaşı Tyerri Nevildir.

Belçikalı pilot şənbə günü, Dünya rallisinin ən uzun xüsusi hissəsi olan nəhəng Nambucca da daxil olmaqla keçirilən beş xüsusi hissənin üçündə qalib gəlib. Tyerri bazar gününü ən yaxın təqibçisi olan Toyota pilotu Yari-Matti Latvaladan 20 saniyəlik üstünlük ilə başlayacaqdır.

Qeyd etmək lazımdır ki, Tyerri Nevilin başlıca rəqibləri uğursuzluğa düçar olublar.

Cümə günü liderlik edən və bir ehtiyat təkərinə malik olan Andreas Mikkelsen iki təkərinin deşilməsi ucbatından yarışdan çəkilməli olub.

Nevilin komanda yoldaşı ilə yanaşı yarışı tərk edən, qələbəyə daha bir iddialı pilot - Citroen komandasının britaliyalı pilotu Kris Mik olub. O, Welsh Greek xüsusi hissəsində Citroen C3 avtomobilin asqısını sındırıb.

«Hazırda mənim yaxşı ehtiyatım vardır, lakin sayıqlığı itirmək olmaz. Bazar günü yağış yağarsa bizim üçün çətin olacaq», - Nevil bildirib.

Latvala da öz rəqibinin güclü olduğunu etiraf edib: «Əgər Tyerri belə davam edərsə, mənim heç bir şansım olmayacaq. Bazar günü yağış yağmalıdır və ona görədə maksimal diqqətli olmaq gərəkdir».

Şənbə gününü üçüncü olaraq M-Sport komandasının eston pilotu Ott Tyanak bitirib. Dördüncü yerdə yarışı Kreyq Brin (Citroen), beşinci yerdə isə Heyden Paddon (Hyundai) davam etdirir.

İlk onluğu Sebastyen Ojye, Stefan Lefevr, Elfin Evans, Esapekka Lappi və Neytan Kuinn tamamlayır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt