M-Sport komandasının fransız pilotu Sebastyen Ojye İspaniya Rallisinin şeykdaununda ən yeyin pilot olub.

Bu mövsümün ümumi birinciliyinin lideri məşqlər zamanı dövrəni 2.05,2 zamanla başa vuraraq, Citroen pilotu Kris Miki 0,3 saniyə üstələyib. Hyundai komandasının yeni pilotu Andreas Mikkelsen isə üçüncü nəticəni göstərib. Onun komanda yoldaşı Dani Sordo və M-Sport pilotu Ott Tyanak dördüncü yeri bölüşdürüblər.

Eston pilotu Yari-Matti Latvala və Mads Ostberq təqib ediblər. Sebastyen Ojyenin yaxın təqibçisi olan Tyerri Nevil yalnız səkkizinci zamanı göstərə bilib.

İlk onluğu Yuho Hanninen və Elfin Evans tamamlayıblar.