İspaniya Rallisinin ilk üç xüsusi hissəsindən sonra birinci yeri Hyundai komandasının yeni pilotu Andreas Mikkelsen tutur.

Birinci və ikinci xüsusi hissədə norveçli altıncı olsa da, onun üçüncü xüsusi hissədəki heyranedici çıxışı Mikkelsenə liderlik qazandırıb. «Səhər yarışları bizim uçün çox uğurlu keçib, - Autosport saytı Mekkelsenə istinadən yazıb. - Uzun hissədən öncə, mən avtomobilin sazlamalarına bir neçə düzəlişlər etdim və bu kömək oldu. Mən avtomobili getdikcə daha yaxşı hiss edirəm». Andreas özəl Ford Fiesta avtomobilində çıxış edən həmyerlisi Mads Ostberqi 0,6 saniyə üstələyir. 

Çempionatın lideri Sebastyen Ojye Mikkelsendən dörd saniyə geri qalaraq, yarışı üçüncü olaraq davam etdirir. Ojyenin komanda yoldaşı Ott Tanyak dördüncü, Citroen komandasından Kris Mik isə beşinci yerdədir.

İkinci beşlikdə Dani Sordo, yumşaq Michelin şinləri ilə başı dərddə olan Tyerri Nevil, Yari-Matti Latvala, Yuho Hanninen və Elfin Evans yer alırlar.