Kanada Rallisinin promouterlər assosiasiyası Kanada mərhələsinin təqvimə qayıtmasını nəzərdə tutan beş illik plan hazırlayıblar. Bu barədə WRC çempionatının rəsmi saytı xəbər yayıb.

Yaxın zamanlarda WRC təqvimi genişlənməlidir ki, bu genişlənmə eyni zamanda yarış həftəsonunun qısaldılmasını nəzərdə tutur. Yeni mərhələlərdən biri Kanada Rallisi ola bilər. «Biz bu ideyanı hələ 2011-ci  ildə araşdırmağa başladıq, - assosiasiyanın banisi Kit Morison bildirib. - İndi bu ideyanın həyata keçirilməsi üçün gücümüzü ortaya qoymalıyıq. Növbəti ildə biz, lazımı dəstəyin olduğunu aydınlaşdırmaq üçün çox sayda vəzifəli şəxslərlə görüşlər keçirəcəyik.

Bundan sonra detalların müzkirəsinə başlamaq olar».