Beşqat dünya çempionu Sebastyen Ojye Dünya Ralli Çempionatının yeni mövsümünü Monte-Karlo Rallisindəki qələbəsi ilə başlayıb. Bu fransız pilotun tarixi dağ mərhələsində əldə etdiyi beşinci ardıcıl qələbəsidir.

Sebastyen ilk xüsusi hissələrdən başlayaraq liderliyi ələ keçirib. Cümə və şənbə günləri onun təqibçisi üzərində olan üstünlüyü ya artıb, ya azalıb. Cümə günü baş vermiş yerində dönmə fransız pilotun üstünlüyünü 15 saniyəyə endirib. Şənbə günü çempion əsl tempini göstərsə də, günün sonuna eston pilot fərqi 1.18.4 saniyədən 33,5 saniyəyə azaltmağa müvəffəq olub.

Rallinin final günü Ojye heç bir səhv buraxmayıb. O, məşhur Col de Turini xüsusi hissəsində liderlik edərək, son iki doplarda rəqibini yaxına buraxmayıb. Bonus xüsusi hissəsində Ojye və Tyanak beşinci və altıncı nəticəni göstərsələr də bu onlara ilk iki yeri tutmağa mane olmayıb. 

«Çox mürəkkəb həftəsonu idi, - Ojye bildirib. - Monte-Karloda tez-tez mürəkkəb hava şəraiti ilə üzləşirsən, bu dəfə də vəziyyət fərqli deyildi. Mən heç zaman təkər seçimində belə çətinlik çəkməmişdim.

Sonunda biz qalib gəldik və bu əladır. Bütün pilotlar bu günlərdə səhvlər buraxıblar. Mən isə, onlara nisbətən az səhvə yol verdim».

«Mən çox xoşbəxtəm, - Toyota ilə debüt yarışında podiuma çıxan Ott Tyanak qeyd edib. - Mövsümü belə başlamaq əladır. Komandanı dəyişən zaman səni sürprizlər gözləyir. Bu gün mən məmnunam. Komanda və avtomobil heyratamizdir. Bu oğlanlar işlərini əla görüblər. Təşəkkürlər!».

Üçüncü finiş görmüş Yari-Matti Latvala liderdən 1 dəqiqə 52 saniyə geridə qalıb. Citroen komandasının lideri Kris Mik qalibdən 4 dəqiqə geridə qalıb. Hyundai komandası ən yaxşı nəticəni Tyerri Nyovil qazandırıb - o Mikdən 10 saniyə geri qalaraq finiş görüb. Onu Elfin Evans və Esapekka Lappi təqib edib. Beləliklə bu qrupdakı pilotlar 14 saniyəlik aralıqla finiş görüblər. 

İlk onluğu WRC2 kateqoriyasının lideri Yan Kopeski tamamlayıb.

Beləliklə, ilk mərhələdə 25 xal qazanan Ojye çempionatın lideridir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt