Elfin Evans Uelsdə keçirilən Britaniya Rallisinin ikici gününün sonunda üstünlüyünü 53 saniyəyə çatdırıb.

Şənbə günü keçirilən səkkiz dopdan beşində qakib gələn M-Sport pilotu karyerasındakı ilk qələbəsinə doğru vacib addım atıb. Xatırladaq ki, uelsli Argentina Rallisində bu şansa malik olsa da, istədiyinə nail ola bilməmişdi. «Açığını desəm, şənbə günü xüsusi hissələrini daha yaxşı keçə bilərdim, - Evans günün nəticələrinə şərh verib. - Şadam ki, bu axşam da bitdi. Həqiqətən, belə mürəkkəb şəraitdə yarışmaq çox çətin idi».

Axşam keçirilən iki xüsusi hissə təkcə Evans üçün çətin olmayıb. Duman bütün iştirakçıların işini çətinləşdirib. Bu mürəkkəb şəraitdən ən çox qazanan Sebastyen Ojye olub. Sağ qabaq təkərin deşilməsinə və əyləclərlə problem yaşamasına baxmayaraq, fransız pilot Tyerri Nevil və Ott Tyanakdan 20 saniyə yeyin olaraq ikinciliyə yüksəlib. Son günə Ojye əsas rəqibindən yarım saniyə üstünlüklə başlayacaqdır.

Nevil isə, Monte-Karlo və İsveçdəki səhvlərindən dərs alaraq dumanda çox ehtiyatla hərəkət edib.  XH5-də, belçikalı bu hissənin qalibi Yari-Matti Latvalaya yarım dəqiqə uduzub.  «Hücum etməyə çalışırsan və sonradan belə bir şəraitlə üzləşirsən. Bu çox məyusedicidir», - belçikalı bildirib.

Şənbə gününün son iki dopunda ən çox itirən pilot Ott Tyanak olub. O, üçüncü yerdən altıncılığa qədər geriləyib. Estoniyalı çətin hava şəraitində yarım dəqiqə itirərək Latvala və Mikkelsonu irəli buraxıb. «Görünüş sıfıra bərabər idi. Mən heç nə görmürdüm», - Kris Miki 27 saniyə üstələyən Ott şərh verib. 

Səkkizinci olaraq günü Heydon Paddon bitirib. Doqquzuncu yerə Esapekka Lappi yüksəlib. Dani Sordo isə onuncu olub. Bu gün iştirakçıları Briyaniya Rallisində ümumi uzunluğu 41,1 kilometr olan beş xüsusi hissə gözləyir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt