Hyundai komandasının yeni pilotu Andreas Mikkelsen İspaniya Rallisinin birinci gününü lider olaraq tamamlayıb. Norveçli liderliyi səhər sessiyasında ələ keçirmişdir. XH5-dən sonra Andreas, özəl Ford Fiesta avtomobilində çıxış edən həmyerlisi Mads Ostberqi irəli buraxaraq ondan 0,3 saniyə geridə qalmışdı. Lakin, növbəti dopda Mikkelsen yenidən ralliyə başçılıq edib. Günün sonuna Mikkelsenin rəqibi üzərində üstünlüyü 1.4 saniyəyə çatıb.

«Yaxşı gündür, - Mikkelsen bildirib. - Mən özümü sükan arxasında daha inamlı hiss edirəm. Bu avtomobil mənim xoşuma gəlir». Hyundai pilotunun ən yaxın təqibçisi çempionatın lideri Sebastyen Ojyedir. Trassı onun açmasına baxmayaraq, fransız gün boyu üçüncü yerdə olub və sonuncu xüsusi hissədə qələbə çalıb. Günün üçüncü nəticəsini liderə üç saniyə uduzan Citroen komandasının pilotu Kris Mik olub.

Ojyenin komanda yoldaşı Ott Tyanak günü Ostberqdən 0,8 saniyə üstünlüklə dördüncü yerdə başa vurub. Ostberq XH6-da qeyri-adi problemlə üzləşib - özü-özünə işə düşən havalandırma sistemi salona tozun daxil olmasına və görüşün məhdudlaşdırılmasına səbəb olub. Danni Sordo günü altıncı, liderlik uğrunda mübarizə aparan Tyerri Nevil isə yeddinci olub. İlk onluğu Yuho Hanninen, Stefan Lefevr və Esappeka Lappi olub.