M-Sport Ford komandasının beşqat dünya çempionu Monte-Karlo Rallisinin birinci gününü böyük üstünlüklə keçirib.

Fransız yarışçı cümə axşamı keçirilmiş ilk iki xüsusi sahədə qalib gələrək liderliyi ələ keçirib.17 saniyə üstünlüklə başladığı cümə gününü, servis parka qayıdan zaman 40 saniyə üstünlüklə bitirib. Üstəlik, düzgün olmayan şin seçimi üzündən Ojye üç mərhələdən yalnız birində qalib. «Ümumilikdə hər şey normaldır, amma mən sonuncu xüsusi hissəni yaxşı keçdim, - XH5-də çıxışını şərh edən Ojye bildirib. - Mən çox ehtiyat edirdim, üstəlik şərtlər gözlədiyimdən daha yaxşı idi.

Lakin, belə rallidə hər şeyi ideal yerinə yetirmək mümkün deyil».

Toyota komandasının yeni pilotu və Ojyenin keçmiş komanda yoldaşı Ott Tyanak Andreas Mikkelsenin yarışdan kənar qalması ilə ikinciliyə yüksəlib. Üçüncü xüsusi hissədə Mikkelsenin avtomobilində generatorun xarab olub.

Estoniyalıya yeddi saniyə uduzan Dani Sordo üçüncüdür. İlk beşliyi Esapekka Lappi və Yari-Matti Latvala tamamlayır. Citroen komandasının ən uğurlu pilotu Kris Mik altıncı yerdədir. O, Ojyeyə 2 dəqiqə və 45 saniyə uduzur. 

Image alt Image alt Image alt Image alt Image alt