M-Sport komandasının eston pilotu Ott Tyanak Almaniya Rallisindəki qələbənin ona çempion olmaq şansını qazandırdığını bildirib.

Almaniyadakı uğurundan sonra Ott pilotlar çempionatının lideri olan Sebastyen Ojyedən 33 xal, ikinci yer tutan Tyerri Nevildən isə 16 xal geridədir.

"Çempionluğun taleyi hələ həll edilməyib, - Autosport saytına müsahibə verən Tyanak bildirb. - Uğur üçün nəzəri şans varsa, sona kimi mübarizə aparacağam. Mən iki liderdən olan xal fərqini ciddi şəkildə azaltmışam və artıq onlara elə də çox uduzmuram. Bilirəm ki, titul uğrunda yenidən qələbə çalmaq lazım gələcəkdir. Bu da bizim mövsümün sonuna olan planımızdır".

Xatırladaq ki, mövsümün bitməsinə üç mərhələ qalıbdır.