Bu günlərdə yeni Yamaha XSR900 Abarth motosiklinin satışı üzrə bağlı internet-hərracının aşıq elan olduğu bildirilmişdir. Məlum olduğu kimi, hərracda iştirak etmək istəyən şəxslər müvafiq resursda qeydiyyatdan keçmək məcburiyyətindədirlər.

Bağlı hərracda satılacaq XSR900 Abarth motosikli məhdud sayda istehsal ediləcəkdir. Onun satış qiyməti hələ də gizli saxlanılmaqdadır. Yeganə məlum olan şey neo-reyserin parçalar dəstinin əksər hissəsinin möhkəm karbon lifindən hazırlandığıdır.

Xüsusi seriyadan olan model Yamaha XSR900 modelinin bazasında yaradılmışdır. Abarth atelyesinin dizaynerləri layihəyə idman xarakterini bəxş etmişdirlər ki, bu da aşağı salınmış sükanla özünü büruzə verir. Yamaha XSR900 Abarth baykının özünəməxsus cizgiləri zamşa ilə örtülmüş oturacaqdan, retro formalı alın şüşəsindən, Sloveniyadan olan Akrapoviç firmasının ikiqat borulu buraxılış sistemindən və eksteryerin spesifik geometriyasından ibarətdir. Ən yadda qalan elementlər isə qanadda, arxa hissədə və yanacaq çənində çəkilmiş qırmızı qraffiti elementləridir.

Xatırladaq ki, Yamaha XSR900 Abarth baykından 695  ədəd buraxılması nəzərdə tutlmuşdur. Neo-retro üslubunda hazırlanmış modelin ilk rəsmi nümayişi keçən il Milanda keçirilmiş EİCMA motosərgisində baş tutmuşdur. İstehsalçı hərraclarda ilk 95 motosikli satmaq niyyətindədir. Qalan 600 motosikl  aprel-may aylarında sərbəst satışa çıxarılacaqdır. Onları yapon istehsalçılarının rəsmi dilerlərindən almaq mümkün olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt