Yaxın gələcəkdə Volkswagen konserni fransız hiperkar istehsalçısı olan Bugatti şirkətinin taleyi haqqında açıqlama verəcəkdir. Çox güman ki, alman konserni Bugatti markasını satacaqdır. Fransız markasının yeni sahibinin Xorvatiyanın Rimac şirkətinin olacağı güman edilir.

Porsche şirkətinin rəhbəri Oliver Blum daha əvvəl Rimac və Bugatti markaların “bir-birinə uyğun gəldiyini” və belə sövdələşmənin hər iki şirkətə fayda gətirəcəyini qeyd etmişdi.

Bugatti Chiron Pur Sport

Bugatti şirkətinin mütəmadi olaraq Chiron hiperkarının yeni versiyalarını buraxmasına və keçən ilin fransız markasının tarixdəki ən gəlirli il olmasına baxmayaraq, istehsalçının işləri o qədər də yaxşı getmir.

Koronavirus pandemiyası səbəbindən itkilərə məruz qalan Volkswagen konserni, markanın satışlarını və qazancını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək ikinci, daha praktik və əlçatan Bugatti modelinin maliyyələşdirmək fikrindən daşınıb.

Bugatti Divo Lady Bug

İkinci modelin buraxılması üçün fransız markasının sadəcə öz resursları yoxdur. Buradan da Volkswagen qrupunun sonda hiperkar istehsalçısından qurtulacağı və Xorvatiyanın Rimac şirkətin onun yeni sahibi olacağı barədə şayiələr yayılıb.

Bunun həqiqətən belə olub-olmadığı tezliklə bilinəcəkdir: Volkswagen konserninin direktorlar şurasının üzvü və Porsche şirkətinin rəhbəri Oliver Blum Automotive News Europe nəşrinə verdiyi müsahibəsində, konsernin yaxın gələcəkdə (bu ayın sonunda və ya gələn ayın əvvəlində) Bugatti şirkətinin taleyini həll edəcəyini bildirib.

Rimac Nevera

Bu məlumat hələlik rəsmi olaraq təsdiqlənməsə də, insayderlər Rimac şirkətinin Bugatti markasının yeni sahibinin olacağını söyləyiblər. Bu sövdələşməni həyata keçirmək üçün Rimac və Porsche şirkətləri birgə müəssisə yaradacaqdırlar. Xatırladaq ki, Rimac şirkətinin səhmlərinin 24 faizi hazırda Porsche şirkətinə məxsusdur.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.