Artıq Land Rover Defender ofrouderinin yeni nəsli barədə kifayət qədər məlumat vermişik. Bu gün isə, Disco4.com saytı yeni modelin qabaritləri, təchizat səviyyələri və avadanlıqları barədə məlumatı dərc edib.
Beləliklə, yeni Defender üç versiyada təklif ediləcəkdir - 90,110 və 130. Land Rover Defender 90 və 110 versiyaları 2020-ci, üçüncü 130 verisyası isə 2021-ci ildə bazar debütü etməldir. Defender 90 modelinin qabarit uzunluğu 4323 mm, eni – 1999 mm, hündürlüyü – 1927 mm, təkər bazasının uzunluğu isə, 2587 mm olacaqdır. Bu model beş və ya altı yerli salonla təklif ediləcəkdir.
LR Defender 90
Defender 110 modelinin qabarit uzunluğu 4758 mm, hündülüyü – 1916 mm, təkər bazasının genişliyi isə, 3022 mm olacaqdır. Bu versiya, beş, altı və yeddi yerlik salonla təklif ediləcəkdir. 130 indeksini daşıyacaq ofrouder isə, səkkiz oturacağa malik olacaqdır. Bu modelin qabarit uzunluğu 5100 mm təşkil edəcəkdir. Qalan parametrlər Defender 110 versiyası ilə eynidir.
Yeni LR Defender modelinin mühərrik çeşidinə üç benzin və üz dizel aqreqatı daxil olacaqdır. Güc aqreqatları avtomatik qutu və tam ötürmə sistemi ilə təchiz ediləcəkdirlər. Oforuderin baza variantı olan P300 2,0-litrlik, P400 – 3,0-litrlik, P400e qoşulan hibridi isə 2,0-litrlik benzin turbomühərrikləri ilə təchiz olunacaqdırlar. Hibrid modifikasiya ən sürətli olacaqdır – 100 km/saat həddinə ofrouder 5,9 saniyəyə sürətlənəcəkdir.
Dizel modifikasiyalar isə D200, D240 və D300 indekslərini daşıyacaqdırlar. D200 100 km/saat həddinə 10, D240 – 8,3, D300 isə 7,4 saniyəyə sürətlənəcəkdir.
Defender modelinin standart avadanlıq siyahısına 18-düymlük təkər diskləri, LED fənərlər, 7-düymlük cihazlar paneli və multimdeia sisteminin 10-düymlük sensorlu displeyi daxildir. Bahalı S versiyası 12,3-düymlük cihazlar paneli, və duman əleyhinə fənərlər, SE təchizat səviyyəsi isə, 20-düymlük disklər, avtomatik park sistemi və 10 dinamikli səs sistemi ilə təchiz ediləcəkdir. Defender modelinin top versiyası Co-Pilot elektron yardımçılar kompleksinə sahib olacaqdır.