Bu günlərdə İnternet şəbəkəsində yeni nəsil BMW 5 Series sedanının kamuflyajsız şəkli peyda olub. Yeni 5 Series sedanı alman markasının bayraqdarı olan 7 Series modelinin ruhunda dizayn həllərini alacaq, lakin tanınan görünüşünü qoruyub saxlayacaqdır.

Yeni BMW 5 Series ailəsinin premyerası mayın 24-nə planlaşdırılır. Benzin və dizel versiyaları ilə eyni vaxtda iki elektrik versiyası təqdim olunmalıdır - ilkin i5 eDrive40 və tam ötürməli i5 M60 xDrive. Onların hamısı amortizasiya qüvvələrinin hesablanması üçün fərqli alqoritmə malik olan təkmilləşdirilmiş adaptiv şassi və baxışla idarə oluna bilən Highway Assistant magistral köməkçisini alacaqdır.

Yeni "beşliyin" görünüşü bu günə qədər sirr olaraq qalırdı. İntriqanı saxlamaq üçün, yeni model bütün rəsmi şəkillərdə yalnız kamuflyajda görüntülənib. Lakin Autogaleria veb-saytı sayəsində  indi onu ən yaxşı bucaqdan olmasa da, əsl formalarını gizlətməyən örtüksüz görmək mümkündür. Yeganə şəkildə G70 modelindəkinə bənzəyən arxa işıqlar, “əks tutuşlu” qapı tutacaqları və onların üzərindən keçən “çiyin” xətti aydın görünür.

Səkkizinci nəsil BMW 5 Series modelinin istehsalına bu yay start veriləcəkdir. Yeniliyin satışlarına oktyabr ayında başlamaq planlaşdırılır. Benzin və dizel mühərrikli yumşaq hibridlər və i5 elektrokarı ilə yanaşı, 5 Series ailəsinə 530e və 550e plagin hibridləri də daxil ediləcəklər. Yeni “bərkgedən” M5 sedanının debütünə qədər, ailənin flaqmanı M560e xDrive modifikasiyası olacaqdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.