Bu gün İnternet şəbəkəsində yeni nəsil BMW M3 (G80) sedanının kamuflyajsız şəkli peyda olub. Şəkli Facebook social şəbəkəsində Britaniyanın Evolve Automotive şirkəti paylaşıb. Şəkil zavoddakı konveyerdə çəkilmişdir ki, bu “bərkgedən” sedanın seriyaöncəsi nüsxələrinin istehsalına başlandığından xəbər verir. Bu isə, yeni modelin təqdimatının yaxın olduğuna işarə edir.
Şəkildəki M3 modelinin güclü arxa qanadlara, baqaj qapağının üzərində bərkidilmiş spoylerə, iki cütlənmiş çıxış borusunu və kuzov rənginə malik olan diffuzora sahib olduğu görünür. İlkin məlumata görə, yeni M3 sedanı 480-510 at qüvvəsi hasil edən mühərrik ilə təchiz ediləcəkdir.
Alman istehsalçısının rəhbəri Markus Flaş yeni nəsil BMW M3 modelinin modifikasiyalarından birinin mexaniki ötürmələr qutusunu və arxa çəkişi qoruyub-saxlayacağını bildirib. Digər modifikasiyalar isə səkkiz pilləli “avtomatla”, tam çəkiş sistemi və drift rejimi ilə təchiz ediləcəkdirlər.