Land Rover şirkəti 26 oktyabr tarixində Range Rover modelinin yeni nəslini təqdim edəcəyini bildirib. Təqdimatın anonsu ilə birlikdə yeni modelin ilk təsviri də dərc edilib, lakin bu təsvirdə nəyi isə görmək qeyri-mümkündür. Lakin bir məsələ dəqiqdir – avtomobilin dizaynında inqilabi yenilik olmayacaq!

Cari Range Rover ofrouderi, bu modelin 2012-ci ildə Paris avtosalonunda debüt etmiş dördüncü nəslidir. Ofrouder 2017-ci ildə yenilənmişdir. Şayiələrə görə, Range Rover modelinin növbəti nəsli Modular Longitudal Architecture (MLA) modul platformasında inşa ediləcəkdir. Jaguar şirkəti ilə birlikdə hazırlanmış platforma müxtəlif dərəcəli elektrikləşdirməyə malik olan güc qurğularının quraşdırılmasına imkan verir. Görünən odur ki, ofrouder ümumi nisbətlərini qoruyub saxlayacaq və daha çox Velar modelinə bənzəyəcəkdir.

Yeni Range Rover ingilis markasının texnoloji flaqmanı royunu oynayacaqdır. Dəbdəbə və zənginliyinə görə, yeni ofrouder Bentley Bentayga və Rolls-Royce Cullinan modellərinə yaxınlaşacaqdır. Model çeşidində hibrid versiyalar da olacaqdır. Bununla belə, tam elektrik versiyasının buraxılacağı da istisna edilmir. Sonuncu variant dolu batareya ilə 480 kilometrə qədər məsafə qət etməlidir.  

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.