Bu gün Carscoops nəşrinin sərəncamına səkkizinci nəsil Volkswagen Golf modelinin kamuflyajsız şəkilləri daxil olub. Dərc edilmiş şəkillərdən də göründüyü kimi, fotocəsuslar avtomobili reklam çarxının çəkilişləri zamanı yaxalayıblar.
Şəkildə olan avtomobil, modelin son zamanlar tez-tez rast gəlinən prototiplərinin rənginə boyanıb. Yeni VW Golf əvvəlki proporsiyalarını qoruyub saxlasa da, yeni formalı ön fənərlərə, daha aqressiv görkəmli arxa fənərlərə, xrom elementlərə və kuzov rənginə boyanmış haşiyələri olan yeni radiator barmaqlığöına sahib olub.
Yeni nəsil Golf modelinin əsasını MQB modul platforması təşkil edir. Hetçbekin səkkizinci nəslinin mühərrik çeşidinə 1,0 - 2,0 litr arasında həcmləri olan üç və dörd silindrli mühərriklər daxil olacaqdır. Güc aqreqatları altı pilləli mexaniki və ya yeddi pilləli «robot» ilə təchiz ediləcəkdirlər.
Mənbə: Carscoops