Bir müddət bundan öncə səkkizinci nəsil Golf hetçbekinin ilk cəsus fotoşəkillərini dərc etmişdik. Bu günlərdə sınaq prototipi yenidən paparazzilərə rast gəlib. Şəkillər "AutoExpress" nəşrinin dizaynerləri tərəfindən emal edilərək Golf Mk8 modelinin renderləri hazırlanıb.

Renderlərdən göründüyü kimi, Golf modelinin xarici görkəmindəki  dəyişikliklər daha çox təkamül xarakteri daşıyır.Hetçbek dəyişdirilmiş işıq texnikasına və daha iti ön tərəfə sahib olub. Kuzovun ümumi proporsiyaları qorunub-saxlanılıbdır.

Yeni Golf modelinin qabaritləri artsa da, model sələfinin platformasını qoruyub saxlayacaqdır. Mühərrik çeşidi də dəyişilməz qalacaqdır, lakin hibrid qurğu sayəsində genişlənmiş olacaqdır. İstehsalçı yeni Golf modelinin inqilabi interyerə malik olacağını vəd edir. Almanlar avtomobilin  interyerində yeganə analoq cihazının sükan çarxının olacağını xüsusi ilə vurğulayıblar. Hetçbek Şəbəkəyə qoşulacaq, onun virtual cihazlar paneli və təhlükəsizlik sistemləri kompleksi isə “etalon” sayılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Alman istehsalçısı yeni modelin hazırlanmasına 1,8 milyard avro xərcləyəcəyini bildirib. İlk avtomobillərin istehsalına 2019-cu ilin iyununda alman markasının Volfsburqdakı zavodunda başlanacaqdır. Model 108 ölkədə satılacaqdır. VW Golf ənənəvi olaraq Azərbaycan bazarında satılmır. Bunun əsas səbəbi modelin qiymətinin yüksək və ona olan tələbatın çox cüzi olmasıdır.