Məlum olduğu kimi, növbəti nəsil Renault Espace modelinin təqdimatı bu gün keçirilməlidir. Lakin təqdimata bir gün qalmış yeddi yerli krossoverə çevrilmiş yeni Espace modelinin şəkli İnternet şəbəkəsində peyda olub.

Yeni krossoverin yeganə şəkli Worlscoop forumunda dərc edilib və dərhal forum iştirakçılarının tənqidinə məruz qalıb. Şərhçilər yeni modelin digər Renault modelinə - Austral krossoverinə oxşamasından narazıdırlar. Onlar yeni modelin orijinal Espace modelinin özünəməxsusluğunu itirdiyini bildiriblər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.