Ferrari 458 İtalia sportkarının kamuflyaj rənginə boyanmış nüsxəsi Kann şəhərində keçirilmiş hərracda 1.1 milyon dollar qiymətinə satılmışdır. Avtomobilin dizaynının tərtibatında onun sahibi Lapo Elkann işləmişdir. Bildiyimiz kimi, Elkann Garage İtalia Customs tüninq atelyesinin yaradıcısı və Fiat şirkətinə nəzarət edən Anyelli ailəsinin üzvüdür. Əvvəllər Lapo Elkann Fiat şirkətinin marketoloqu olmuşdur. Hərracları «Kino SPİDə qarşı» təşkilatı həyata keçirmişdir ki, satışdan əldə edilən vəsait xeyriyyə məqsədlərinə yönəldilmişdir.
Kamujlaja bürünmüş zahiri görkəmdən başqa, sportkar daxili məkanın və səkkiz silindirli mühərrikinin xüsusi tərtibatını əldə etmişdir. Eyni zamanda, avtomobilin mərkəzi panelinə Lapo Elkannın imzası həkk edilmişdir.
Ferrari 458 İtalia superkarının kapotu altında 570 at qüvvəsi gücü olan 4,5-litrlik V8 mühərriki yerləşir. Yerindən 100 kilometr-saat həddinə kimi «italyan ayğırı» 3,4 saniyəyə sürətlənir. Superkarın maksimal sürəti 325 kilometr-saat təşkil edir.
Ferrari 458 İtalia modeli 2009-cu ildən 2015-ci ilə kimi istehsal edilmişdir. Keçən 458 İtalia modeli öz yerini yeni 488 GTB modelinə vermişdir ki, bu sportkar isə 3,9-litrlik V8 turbomühərriki ilə təchiz edilir. Tubomühərrik 661 at qüvvəsinə gücə malikdir. Sıfırdan 100 km/saat həddinə kimi yeni avtomobil üç saniyədən az bir müddətə sürətlənir və 330 km/saat maksimal sürətə malikdir.
Bir müddət sonra, bu yaxınlara Bakıda rəsmi təqdimatı keçirilmiş 488 Spider modeli təqdim edilmişdir. Bundan əlavə, sportkarın GTE və GT3 yarış modifikasiyaları istehsal edilir.