Hyundai şirkəti Creta krossoverinin yeni modifikasiyasının buraxılacağı barədə məlumat vermişdir. Artıq yığcam krossoverin 1,6-litrlik mühərrik ilə təchiz edilmiş variantında tam çəkiş sisteminin quraşdırılması mümkündür.
Bildiyimiz kimi, Creta modelinin tam çəkişli variantını yalnız 2,0-litrlik mühərrik və avtomatik sürətlər qutusu ilə birlikdə, və ən bahalı komplektasiyada sifariş etmək mümkün idi. İndi 1,6-litrlik mühərriki olan tam çəkişli variantı həm altı pilləli mexaniki, həm də altı diapazonlu avtomatik ötürmələr qutusu ilə sifariş etmək olar.
Mexniki ötürmələr qutusu ilə təchiz edilmiş 1,6-litrlik mühərriki və tam çəkiş sistemi olan Creta üçün Active təchizat səviyyəsi nəzərdə tutulmuşdur. Bu təchizat səviyyəsi kondisionerin, güzgülərin elektriklə tənzimlənməsi və qızdırılmasını, uzaqdan idarə edilən mərkəzi kilidin və oturacaqların qızdırılmasını nəzərdə tutur.
Avtomatik ötürmələr qutusunu isə ən yüksək təchizat variantı olan Comfort Plus səviyyəsi ilə sifariş etmək mümkündür. Bu təchizat səviyyəsinə klimat-kontrol, yan hava yastıqları və təhlükəsizlik pərdələri, həmçinin arxa parktronik daxildir.