Polestar markası 2 indeksinə malik olan Long Range Dual versiyalı liftbek üçün proqram təminatının yenilənməsini anons edib: 1000 avro ödəniş qarşılığında güc qurğusunun hasilatını 476 at qüvvəsinə (+ 68 at qüvvəsi) qədər artırmaq olar. Maksimal güc 70-130 km/saat arasında sürətlərdə qısa müddətə əlçatadır ki, bu da liftbeki daha dnamik sürətlənmə ilə təmin edir: liftbek 100 km/saata 4,4 saniyəyə (- 0,3 saniyə) sürətlənir.

Yenilənmə artıq Böyük Britaniyada, Norveç, Niderland, İsveç, İsveçrə, Finlandiya, Danimarka və Avstriyada satılmış Polestar modelləri üçün əlçatandır. Markanın mətbuat xidməti bu opsiyadan artıq 400-dən çox müştərinin yararlandığını və onların sayının getdikcə artdığını bildirib. 

Yeni proqram təminatını diler mərkəzlərinə baş çəkmədən, “hava” üzərindən quraşdırmaq olar. Qeyd etmək gərəkdir ki, bu yenilənmə Qudvud Sürət festivalında iştirak etmiş eksperimental liftbekdə sınaqdan çıxarılıb. Doğrudur, prototip digər təkmilləşdirmələrə də malik idi - məsələn, Öhlins amortizatorlarına.

Polestar 2 modeli 2019-cu ilin əvvəlində debüt edib. Avropada 2 indeksli model Tesla Model 3 ilə eyni qiymət seqmentində çıxış edir. İsveç elektrokarının qiyməti 39,9 min avrodan başlayır, Long Range Dual versiyası isə 48,4 min avroya satılır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Polestar 2 modeli CMA platformasına əsaslanır və 408 at qüvvəsi və 660 Nm fırlanma anı hasil edən ikimühərrikli güc qurğusu ilə hərəkətə gəlir. 78 kilovat-saatlıq batareya liftbeki 500 kilometrlik yürüş məsafəsi ilə təmin edir. 

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.