Almaniyanın Wheelsandmore tüninq atelyesi Audi RS Q8 krossoveri üçün beş mərhələli tüninq proqramını təklif edir. Ən güclü tüninq proqramı krossoverin mühərrinin hasilatını 1010 at qüvvəsi və 1250 Nm-ə qədər artırır. Lakin, belə Audi RS Q8 modeli ekoloji normalara uyğun gəlmədiyinə görə Almaniyanın TÜV texniki təşkilatının müayinəsindən keçməyib. Tüner bu ağlasığmaz tuning dəstini ixrac edəcəyinə söz verib.
Ümumiyyətlə,Wheelsandmore atelyesinin RS Q8 modeli üçün təklif etdiyi tüninq proqramının mərhələləri RS6 Avant modeli üçün nəzərdə tutulmuş proqramı təkrarlayır - güc göstəriciləri və qiymətlər üst-üstə düşür.
Bununla birlikdə RS Q8 modeli üçün öndə 295/30 R24, arxada 355/25 R24 ölçülü Vredestein şinləri ilə təchiz edilmiş G-Logic təkər disklərini, həmçinin pnevmoasqı üçün xüsusi LowMaXX proqramı sifariş etmək mümkündür. 24-düymlük təkər disklərinin qiyməti 7309 avro, pnevmoasqının modulunun.isə 1680 avrodur.
Standart olaraq 600 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 turbomühərrikinin təkmilləşdirilməsi RS Q8 krossoveri və RS6 Avant universalı üçün eynidır. Birinci mərhələdə qurğunun hasilatı cip-tüninq vasitəsi ilə 710 at qüvvəsinı və 920 Nm fırlanma anına, ikinci mərhələdə isə, buraxılış sistemini əvəzləməklə 725 at qüvvəsinə və 930 Nm fırlanma anına qədər artırılır. Üçüncü mərhələdə hava filtrindən imtina və fərqli giriş sisteminin quraşdırılması 786 at qüvvəsi və 1060 Nm əldə etməyə imkan verir. Dördüncü mərhələdə turbokompressorlar və transmissiyanın proqram təminatı dəyişdirilir, nəticədə mühərrikin hasilatı 965 at qüvvəsi və 1250 Nm fırlanma anı təşkil edir.
Wheelsandmore mütəxəssisləri dörd tüninq dəstini TÜV-də sertifikatlaşdırmağa müvəffəq olublar, hətta 965 at qüvvəli Audi RS Q8 modeli də EURO 6-d Temp ekoloji standartına uyğundur və Avropa yollarında qanuni şəkildə hərəkət edə bilər.
Bununla birlikdə, idman buraxılış sistemi olan 1010 at qüvvəli (1250 Nm) Audi RS Q8 ekoloji yoxlamadan keçməyib. Wheelsandmore mütəxəssisləri digər ölkələrdə olan alıcılar üçün ən güclü versiyanı toplamağa və ya ixrac üçün tüninq dəstlərini təqdim etməyə hazırdırlar. Qiymət dəyişməyib: gücün 410 at qüvvəsi, fırlanma anının isə 450 Nm artırılması 41.933 avroya başa gələcəkdir.
İlk təkmilləşdirmələr dəsti 100 km/saat həddinə sürətlənmə müddətini 0,2 saniyə azaldaraq 3,6 saniyəyə endirir. Wheelsandmore, maksimal sürət həddinin 330 km/saatı keçdiyini bildirərək, ən güclü versiyanın dinamikasını açıqlamır.
Təkmilləşdirmələrin qiyməti Audi RS6 Avant modeli ilə eynidır və Avropa bazarı üçün 2.100 avrodan 33.529 avroya qədər dəyişir və xüsusi təkərlər və dəyişdirilmiş bir "pneuma" ilə tam modernləşdirilmiş 1010 at gücündə RS Q8 50.922 avroya başa gələcəkdir - bu, yeni Audi RS Q8 modelinin qiymətinin 40 faizini təşkil edir.