1980-ci ildə buraxılmış və 201 kilometr yürüyüşə malik olan VAZ 2121 “Niva” modelinin sahibi öz avtomobilini beş milyon rubla satmaq niyyətindədir. Azərbaycan manatına çevirdikdə ofroderin 152 min manata təklif edildiyinin şahidi oluruq. İnanmayanlar Auto.ru saytındakı elana baxa bilərlər.
Elandakı qımızı rəngli “Niva” avtomobili onun istehsal edildiyi və AvtoVAZ şirkətinin yerləşdiyi Tolyatti şəhərində satılır. Beş milyonluq aofroder 75 at qüvvəsi olan benzin mühərriki və mexaniki ötürmələr qutusu ilə təchiz edilmişdir. Satıcının sözlərinə görə avtomobil əla vəziyyətdədir və təmirə ehtiyacı yoxdur.
Sahibinin sözlərinə görə, avtomobil bərpa edilməmişdir və tamamilə yenidir. İxrac üçün buraxılmış avtomobil, Rusiyada olan vəziyyətinə və təchizat səviyyəsinə görə yeganə avtomobildir. Satıcı həmçinin avtomobilin nadir muzey eksponatı, kolleksiya üçün əla nüsxə olduğunu bildirir. Eyni zamanda o, avtomobilin imkanları olan şəxslər üçün olduğunu, qara nömrələri və plombalarının qorunub-saxlanıldığını xüsus ilə qeyd etmişdir.
Avtomobili satışa çıxaran şəxsin sözlərinə görə beş milyon sonuncu qiymətdir və necə deyərlər “aşağı yeri yoxdur”.