Jeff Hayes Customs firması tərəfindən hazırlanmış Chevrolet Corvette C2 restomodu Barrett-Jackson hərracında satılan ən bahalı lot olub. 540 at qüvvəli 6,2-litrlik LS3 V8 mühərriki ilə təchiz edilən kupe 357.500 dollar məbləğində qiymətləndirilib.
1963-cü ilin Chevrolet Corvette modelinə əsaslanan layihəni 2019-cu ilin fevral ayında başa çatdırıblar. Kupe Hot Cam "yarış" paylayıcı valı olan 6,2-litrlik LS3 V8 mühərrikini və Lokar dəstəyi olan dörd diapazonly GM 4L70E avtomatik ötürmə qutusunu mühərrikə sahibdir. Mühərrikin gücü 540 at qüvvəsi təşkil edir.
Avtomobil Art Morrison atelyesi tərəfindən inşa edilmiş şassiyə əsaslanır. Hər iki oxda da köndələn dayanıqlılıq stabilizatorları, Strange Engineering amortizator dayaqları və Wilwood əyləcləri quraşdırılmışdır. Restomod sükan gücləndiricisinə, elektrik şüşəqaldıranlara, iqlim qurğusuna sahib olub. Dəbdəbəli tərtibata malik olan salonda Ididit xrom sükan qolu və Billet Specialities sükan çarxı quraşdırılıb. Kupe Schott firmasının istehsalı olan 18 (öndə) və 20 (arxada) düymlük təkər diskləri və Toyo şinləri ilə təchiz olunub.