Niels van Roij Design dizayn studiyası Ferrari 550 Maranello modelinə əsaslanan Breadvan Hommage şutinq-brreykinin təqdimatından iki ay sonra, yeni layihəsini nümayiş etdirib. Hollandiyalılar bu dəfə, 1970-ci ildə amerikalı memar Bob Qittlmanın sifarişi ilə hazırlanmış Ferrari 365 GTB/4 Daytona Shooting Brake universalının müasir versiyasını hazırlamaq niyyətindədirlər.
Ferrari 365 GTB/4 Daytona Shooting Brake Hommage
Bu gün Niels van Roij Design studiyasının əlində olan bir neçə eskiz və bir neçə qeyddir. Belə ki, Daytona Shooting Brake Hommage universalı önmühərrikli Ferrari modelinin bazasında inşa ediləcək, əsl Ferrari 365 GTB/4 Daytona Shooting Brake modelində ölduğu kimi, tamamilə yeni kuzova, işıq texnikasına və açılan şüşə panellərə sahib olacaqdır.
2006-cı ilin istehsalı olan V12 mühərrikli donor avtomobili layihənin əsasını Ferrari 599 GTB Fiorano kupesinin təşkil edəcəyindən xəbər verir. Bu isə, kapotun altında ən azından 620 at qüvvəsinin, habelə arxa ötürmənin olacağına işarə edir.
Ferrari 365 GTB/4 Daytona Shooting Brake Hommage
Bu, Niels van Royun ilham aldığı, Ferrari 330 GT 2 + 2 Shooting Brake Vignale modelinin və məşhur “çörək furqonunun” mənəvi varisi olan 365 GTB 4 Daytona modelində olduğundan çoxdur.
Avtomobil 1974-cü ildə, Luici Çinetti cunior (Le Man marafonunda Ferrari markasına ilk qələbəsini qazandıran Çinettinin oğlu) və rəssam Cin Qarfinklin layihəsinə əsasən Britaniyanın xüsusi idman avtomobilləri istehsalçısı Panther Westwinds tərəfindən inşa edilmişdi. Şutinq-breyk beş pilləli mexaniki ötürmələr qutusu və 4,4-litrlik V12 mühərriki ilə təchiz edilsə də, cəmi 352 at qüvvəsinə sahib idi.
Ferrari Breadvan Hommage
Niels van Roij Design studiyasının əvvəlki işi - Breadvan Hommage modelinə baxsaq, “Daytona”nın fərdi sifarişlə inşa edildiyini söyləmək olar. Son nəticəni tezliklə görməyəcəyik - çünki, Breadvan modelinin inşası iki ildən çox çəkmişdi. Qeyd etmək lazımdır ki, studiyanın portfelində digər maraqlı layihələr də var və onların bəzilərinin tirajları bir nüsxədən çoxdur.
Bunlara misal kimi Tesla Model S universalını, Range Rover modelinin əsasında yaradılmış üçqapılı Adventum Coupe ofrouderini və Rolls-Royce Silver Specter şutinq-breykini göstərmək olar.