Mercedes-Benz şirkətinin Zindenfingendəki zavodunun əməkdaşı 1992-ci ilin istehsalı olan Mercedes-Benz E-Class avtomobili ilə 25 il ərzində bir milyon kilometr gət etmişdir. Die Welt nəşrinin məlumatına görə, W124 kuzovlu sedan Mixayel Nikl tərəfindən sonradan satılmaq üçün alınmışdır. Lakin, avtomobil bu günə kimi sahibindədir və Mixayel avtomobilə sahib olduğu 25 il ərzində çəkdiyi xərcləri hesablamışdır.

Nikl avtomobili olduqca sadə təchizat ilə satın almışdır. Sedan 75 at qüvvəsi və 126 Nm fırlanma anı olan dizel mühərriki ilə təchiz edilmişdir ki, istismar müddəti ərzində mühərrikin yanacaq sərfiyyatı 100 kilometrə ortalama altı litr təşkil etmişdir. Əlavə avadanlıq kimi, elektrikli lyuk, ön cərgənin dirsəkaltısı, mərkəzi kilid sistemi və radio sifariş edilmişdir.

O zaman Daimler şirkətinin əməkdaşı olan Nikl, avtomobili əməkdaşlar üçün nəzərdə tutulmuş güzəştli qiymətlə əldə etmiş və bir ildən sonra daha yüksək qiymətə satmağı planlaşdırırmış. Lakin o, dizel avtomobillərinə olan tələbatın və orta bazar dəyərinin düşməsi ilə üzləşmişdir. Nəticədə Nikl avtomobili özünə saxlamışdır.

55 yaşlı sedanın sahibinin sözlərinə görə, bu müddət ərzində o avtomobilin muftasını (2003-cü ildə 445 min kilometrlik yürüşdən sonra), əyləc sisteminin komponentlərini, generator və soyutma sisteminin pompasını dəyişməli olmuşdur. Bundan başqa, avtomobil kiçik qəzanın iştirakçısı da olmuşdur. Qəzadan sonra Nikl, əzilmiş kapot, radiator barmaqlığını və ön fənərləri «əldən» alınmış detallarla dəyişdirmişdir. Bununla birlikdə o ön bamperi yenisi ilə əvəz etmişdir. Almanın hesablamalarına görə o, 25 il ərzində avtomobilə xidmət göstərilməsi üçün 58,5 min avro, yanacağa isə 54 min avro xərcləmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt