Formula 1 çempionatının bir mövsümü də artıq geridə qalmışdır. Çempionat iştirakçıları Milad və Yeni il bayramlarında dincəldikdən sonra, gələn ilki mövsüm üçün hazırlıqlarını tamamlamağa başlayacaqlar. 2016-cı ildə çempionatda iştirak edəcək bolidlərin testlərinə start veriləcəkdir. Bu ilki reqlamentdə ciddi dəyişikliklərin olmasını nəzərə alsaq, komandalar artıq ciddi-cəhdlə radikal dəyişikliklərə məruz qalacaq qaydalara və texniki tələblərə uyğun olan 2017 ilin avtomobili üzərində işlərə erkən start veriləcəkdir.

F1 rəhbərliyinin avtomobillərin sürətinin dövrədə 5 saniyə artırılması barədə fikirlərinə münasibət birlidən konstruktorlar, bu məqsədlər üçün eni genişlənmiş avtomobillərin, yeni formalı antiqanadların və daha enli şinlərin uyğun olacağını bildirmişlər.

Hal-hazırda FİA və komandaların nümayəndələrindən ibarət olan ekspertlər qrupu yeni reqlament üzərində çalışmağa başlamışdırlar.

Biz isə, öz növbəsinədə motorsport.com saytının texniki redaktoru Corcio Piola tərəfindən hazırlanmış 2016-ci və 2017-ci il avtomobillərinin müqayisəsi olan videoçarxı diqqət-nəzərinizə təqdim edirik.

Videoçarxdan da göründüyü kimi, 2017-ci ilin bolidinin ön və arxa antiqanadları ciddi dəyişikliyə məruz qalacaqdır. Biz isə, 2017-c ildə iştirak edəcək Formula 1 bolidlərinin bu ilkinə nisbətən daha cazibədar görkəmə ümid edirik. 

Təəssüf olsun ki, V12, V10 və nəhayət V8 mühərriklərinin taxirin arxivinə atılması nəticəsində, biz F1 mühərriklərinin valehedici səsi əvəzinə 1,6-litrlik «otbiçənlərin»  səsini dinləmək məcburiyyətində qalacağıq.